Türkiyənin müdafiə naziri Azərbaycana səfər edəcək

Türkiyənin müdafiə naziri Azərbaycana səfər edəcək Səfər sentyabrın 29-dək davam edəcək
Hərbi
26 Sentyabr , 2017 17:16
Türkiyənin müdafiə naziri Azərbaycana səfər edəcək

Bakı. 26 sentyabr. REPORT.AZ/ Sentyabrın 27-də Türkiyənin milli müdafiə naziri Nurəddin Caniklinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, səfər çərçivəsində Türkiyə nümayəndə heyətinin Azərbaycan Müdafiə Nazirliyi və digər dövlət strukturlarında rəsmi görüşlərinin keçirilməsi, həmçinin Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimlərinin bağlanış mərasimində iştirakı nəzərdə tutulub.

Səfər sentyabrın 29-dək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi