Topogeodeziya və hidroqrafiya ixtisası üzrə toplantı keçirilib

Topogeodeziya və hidroqrafiya ixtisası üzrə toplantı keçirilib Bakı. 29 iyun. REPORT.AZ/ 2018-ci ilin hazırlıq planına əsasən, Naviqasiya və Kartoqrafiya İdarəsində topogeodeziya təminatının təşkili və hidroqrafiya işi üzrə ixtisaslı zabitlərlə toplantı keçirilib.
Hərbi
29 İyun , 2018 19:22
Topogeodeziya və hidroqrafiya ixtisası üzrə toplantı keçirilib

Bakı. 29 iyun. REPORT.AZ/ 2018-ci ilin hazırlıq planına əsasən, Naviqasiya və Kartoqrafiya İdarəsində topogeodeziya təminatının təşkili və hidroqrafiya işi üzrə ixtisaslı zabitlərlə toplantı keçirilib.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, plana əsasən, idarənin mütəxəssis heyəti tərəfindən topogeodeziya avadanlıqlarının və Coğrafi Analiz Sistemi proqramının funksiyaları barədə təlim məşğələləri təşkil edilib.Məşğələlərdə Coğrafi Analiz Sistemi proqramında rəqəmsal xəritələr və üçölçülü modellərlə işləmə qaydası, məlumatların təhlil edilməsi, əməliyyatlarda proqramın əsas funksiyaları barədə geniş məlumat verilib, eləcə də xüsusi avadanlıqlardan istifadə edilməklə ərazidə ölçmə işlərinin aparılması praktiki olaraq nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi