Yuxarı
    Bağlamaq

    Tərtərdə raket mərmisinin partladıcısı və mühərrik hissəsinin partlamış qalıqları aşkarlanıb

    ANAMA tərəfindən min kv.m ərazi yoxlanılıb

    Bakı. 3 mart. REPORT.AZ/ Tərtər rayonunun Qaynaq kəndində 1 əkin sahəsinə baxış keçirilib, 1 ədəd raket mərmisinin partladıcısı (QDT-90) və mühərrik hissəsinin partlamış qalıqları aşkar edilərək götürülüb.

    Bu barədə "Report"a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

    ANAMA min kv.m ərazini yoxlayıb (FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatı).

    Ümumilikdə Agentlik tərəfindən yanvarın 1-dən martın 3-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 4 otlaq sahəsinə, 2 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 117 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, drenaj kanalına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 969 ədəd partlamamış hərbi sursat, 66 ədəd tank əleyhinə mina və 5 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 840 018 kv.m ərazi (415 596 kv.m ərazi əl ilə, 195 600 kv.m ərazi mexaniki üsulla, 113 min kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 115 822 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi