Yuxarı

​Tərtər və Tovuz rayonlarında partlamamış hərbi sursatlar aşkarlanıb

ANAMA ərazilərdə əməliyyatları davam etdirir

Bakı. 14 iyul. REPORT.AZ/ Tərtər və Tovuz rayonlarında partlamamış hərbi sursatlar aşkar olunub. 

Bu barədə “Report”a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

Agentlikdən bildirilib ki, iyulun 14-də 3 əkin sahəsində 7 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin ("Qrad") mühərrik hissəsi) və 1 ədəd ГП-7 mülkü əleyhqazın hava təmizləyici filtri aşkar edilərək götürülüb, nəticə etibarilə 17 800 kv.m ərazi yoxlanılıb.

Ağdam rayonunun Mahrızlı kəndində 2 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə olaraq 10 min kv.m ərazi yoxlanılıb.

Tərtər rayonunun Həsənqaya kəndində 1 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin ("Qrad") mühərrik hissəsi) aşkar edilərək götürülüb, 7 500 kv. m ərazi yoxlanılıb.

Tovuz rayonunun Mülkülü kəndində çay kənarında 1 ədəd ГП-7 mülkü əleyhqazın hava təmizləyici filtri aşkar edilərək götürülüb, 300 kv.m ərazi yoxlanılıb.

ANAMA-da yaradılan xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Qeyd edək ki, ümumilikdə Agentlik aprelin 7-dən iyulun 14-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöı, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 621 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib. Bu müddət ərzində 1 589 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 23 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi