Hərbi təlimlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə və bölmələri iştirak edib

Hərbi təlimlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə və bölmələri iştirak edib ​Təlimlər zamanı səfərbərlik hazırlığı üzrə tapşırıqlar mütəşəkkil qaydada həyata keçirilib
Hərbi
4 Fevral , 2015 11:15
Hərbi təlimlərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə və bölmələri iştirak edib

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin fevralın 2-dən başlayan irimiqyaslı təlimlərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) respublikanın qərb bölgəsində yerləşən şöbə və bölmələri iştirak edib.

Bu barədə “Report”a SHXÇDX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Təlimlər zamanı hərbi birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə onların müharibə dövrünün ştatına uyğun komplektləşdirilməsi üçün ehtiyatdan hərbi vəzifəlilər və hərbi-nəqliyyat vasitələri cəlb olunub.

Hərbi vəzifəlilərin və hərbi-nəqliyyat vasitələrinin çağırılması, Silahlı Qüvvələrin hərbi hissələrinə, birləşmələrinə çatdırılması və təhvil verilməsi tələb olunan həcmdə və vaxtda, mütəşəkkil qaydada həyata keçirilib.

“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna müvafiq olaraq bu işdə yerli icra hakimiyyəti orqanları iştirak edərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbə və bölmələrinə yaxından köməklik göstəriblər.

Son xəbərlər

Orphus sistemi