Yuxarı

Azərbaycan tankçıları döyüş maşınlarının texniki vəziyyətini yoxlayıb

“Tank biatlonu”nda iştirak edən tankçılar döyüş maşınlarını yoxlayıb

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız onların istifadəsinə verilən döyüş maşınlarına baxış keçiriblər.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Tank heyətləri və texniki dəstək qrupu döyüş maşınlarının mühərrikləri, idarəetmə sistemləri və rabitə vasitələrinin texniki vəziyyətini yoxlayıblar. Komandalar tankın ştat silahından yoxlama atışları da icra ediblər.

Püşkatmanın nəticələrinə əsasən 23 komandanın iştirakı ilə keçiriləcək “Tank biatlonu” müsabiqəsində Azərbaycan tankçıları avqustun 3-də yarışlara başlayacaqlar.

Final estafeti avqustun 17-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi