SIPRI: Azərbaycanın hərbi idxalı Ermənistanın satınalmalarını 20 dəfə üstələyib

SIPRI: Azərbaycanın hərbi idxalı Ermənistanın satınalmalarını 20 dəfə üstələyib Azərbaycan 2012-2016-cı illərdə Rusiya silahlarının əsas idxalçıları arasında ilk beşliyə daxil olub
Hərbi
20 Fevral , 2017 10:29
SIPRI: Azərbaycanın hərbi idxalı Ermənistanın satınalmalarını 20 dəfə üstələyib

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycanın 2012-2016-cı illər ərzindəki hərbi idxalı Ermənistanın bu müddətdəki satınalmalarını 20 dəfə üstələyib.

"Report" xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) qlobal silahlanma xərcləri barədəki hesabatında göstərilir.

Hesabatda Azərbaycan və Ermənistanın hərbi idxalı həcmlərdəki ciddi fərqlər nəzərə alınmaqla xüsusi vurğulanıb. Belə ki, 2012-2016-cı illərdə Azərbaycanın silah satınalmasının göstəricisi Ermənistanınkından 20 dəfə çox olub.

Azərbaycan, həmçinin 2012-2016-cı illərdə Rusiya silahlarının əsas idxalçıları arasında ilk beşliyə daxil olub. 4%-lik göstərici ilə ölkəmiz yalnız Hindistan (38%), Vyetnam (11%), Çin (11%) və Əlcəzairdən (10%) geri qalıb.

Son xəbərlər

Orphus sistemi