Silahlı Qüvvələrin kadr orqanı işçiləri ilə təkmilləşdirmə kursu keçirilib

Silahlı Qüvvələrin kadr orqanı işçiləri ilə təkmilləşdirmə kursu keçirilib Bakı. 2 dekabr. REPORT.AZ/ Silahlı Qüvvələrin kadr orqanı işçiləri üçün təkmilləşdirmə kursu təşkil olunub.
Hərbi
2 Dekabr , 2017 17:29
Silahlı Qüvvələrin kadr orqanı işçiləri ilə təkmilləşdirmə kursu keçirilib

Bakı. 2 dekabr. REPORT.AZ/ Silahlı Qüvvələrin kadr orqanı işçiləri üçün təkmilləşdirmə kursu təşkil olunub.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Kursda “Azərbaycan Respublikası Silahlı Qüvvələrində kadr siyasəti konsepsiyası”, “İnsan resurslarının idarə edilməsi haqqında ümumi anlayış”, “Faktor analizi üsulu və onun Silahlı Qüvvələrdə tətbiqi imkanları”, “Müharibə dövründə zabit və gizirlərin (miçmanların) uçotunun təşkili və aparılması”, “Mülki heyətin attestasiya edilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları”, “Hərbi qulluqçularla iş zamanı psixoloji amillərin rolu” və digər mövzularda məruzələr dinlənilib.

Təkmilləşdirmə kursunda şəxsi işlərin tərtibatı, aparılması, saxlanılması və göndərilməsi, zabit və gizirlərin (miçmanların) şəxsi vəsiqələrinin verilməsi, kadr orqanlarında aparılan səfərbərlik üzrə sənədlərin doldurma, şəxsi heyətin əmr layihələrinin hazırlanması qaydaları və s. sahələr üzrə praktiki məşğələlər keçirilib.

Son xəbərlər

Orphus sistemi