Bakı. 6 iyul. REPORT.AZ/ Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov 6-7 iyul tarixlərində Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında keçiriləcək Baş Qərargah Rəislərinin ikinci Beynəlxalq Konfransında iştirak etmək üçün Nyu-York şəhərinə yola düşüb.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.