Yuxarı
    Bağlamaq

    Səyyar sanitar epidemioloji dəstənin taktiki-xüsusi təlimi keçirilib

    Məqsəd səyyar sanitar-epidemioloji dəstənin fəaliyyət sahəsinin düzgün seçilməsi olub

    Bakı. 27 may. REPORT.AZ/ 2017-ci tədris ilinin hazırlıq planına əsasən Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi Sanitar epidemioloji nəzarət mərkəzində “Səyyar sanitar epidemioloji dəstənin hərəkəti, açılması və səhra şəratində işinin təşkili” mövzusunda taktiki-xüsusi təlim keçirilib.

    Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd səyyar sanitar-epidemioloji dəstənin fəaliyyət sahəsinin düzgün seçilməsi, xüsusi texnika və avadanlığın yerləşdirilməsi, və işin təşkili üzrə şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi, sanitar epidemioloji və bakterioloji kəşfiyyatın aparılması, səhra şəraitində bakterioloji vasitələrin, radioaktiv maddələrin və döyüş zəhərləyici maddələrin indikasiyası, ocaqlı deqazasiya, dezaktivasiya və dezinfeksiya işlərinin aparılması olub.

    Şərti düşmənin kütləvi qırğın silahı tətbiq etdiyi ərazidə dozimetrik ölçmələrin aparılması, bioloji vasitələrin, radioaktiv maddələrin və döyüş zəhərləyici maddələrin indikasiyası məqsədilə nümunələrin götürülməsi, çirklənmə ocağının sərhədlərinin təyini, dozimetrik ölçmələrin nəticələrinin qiymətləndirilməsi, bakterioloji və toksiko-radioloji tədqiqlərin aparılması da praktiki yerinə yetirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi