Yuxarı

​Səudiyyə Ərəbistanı silah idxalı üzrə dünya lideridir

ABŞ aparıcı silah ixracatçısı olaraq qalmaqdadır

Bakı. 9 mart. REPORT.AZ/ Dünyanın ən çox silah idxal edən ölkəsi Səudiyyə Ərəbistanıdır.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Amerikanın IHS tədqiqat şirkətinin məlumatında bildirilir.

Səudiyyə Ərəbistanı ötən il silah idxalına görə 2013-cü ildə bu göstəriciyə görə lider olan Hindistanı arxada qoyub.

Çin bu istiqamətdə beşinci pillədən üçüncü yerə yüksəlib.

Bununla yanaşı Birləşmiş Ştatlar aparıcı silah ixracatçısı olaraq qalmaqdadır. Onunla yanaşı isə Rusiya və Fransa qərarlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi