Yuxarı

“Sarsılmaz qardaşlıq-2019” təlimində iştirak etmiş hərbçilər Azərbaycandan Türkiyəyə qayıdıblar - VİDEO

“Sarsılmaz qardaşlıq-2019” təlimində iştirak etmiş hərbçilər Azərbaycandan Türkiyəyə qayıdıblar - VİDEO

“Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminə cəlb edilmiş Türkiyə Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin təntənəli yola salınması mərasimi keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mərasimdə çıxış edən Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Elman Orucov təlimin yüksək səviyyədə keçirildiyini, iki qardaş ölkənin hərbi qulluqçularının yüksək peşəkarlıq, vətənpərvərlik və sarsılmaz qardaşlıq nümayiş etdirdiklərini vurğulayıb.

Tədbirdə təlim iştirakçılarına hədiyyələr təqdim edilib.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti, silah və texnikaları Sədərək sərhəd-keçid məntəqəsindən-Araz çayı üzərindəki “Ümid” körpüsündən xidmət yerlərinə yola salınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi