Yuxarı

Salyanda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda kütləvi tədbir keçirilib

Tədbirdə şəhid ailələri, müharibə veteranları və məktəblilər də iştirak edib

Bakı. 1 Mart. REPORT.AZ/ Salyan rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) ilə Salyan və Neftçala rayon icra hakimiyyətlərinin birgə təşkil etdiyi “Vətənin müdafiəsinə hazıram!” mövzusunda kütləvi tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə SHXÇDX-nin Salyan və Neftçala şöbələrinin şəxsi heyəti, rayon icra hakimiyyətlərinin nümayəndələri, şəhid ailələri, müharibə veteranları, məktəblilər iştirak edib.

Mərasimi giriş sözü ilə açan Salyan Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Tahir Kərimov “Vətənin müdafiəsi nə hazıram!” mövzusunda tədbirlərin regionlarda keçirilməsinin vacibliyindən danışıb. İcra başçısı qeyd edib ki, müharibə şəraitində olan Azərbaycanın gənclərinin vətənpərvər ruhda yetişməsi vacibdir.

Tahir Kərimov bu cür tədbirlərin keçirilməsinə göstərdiyi diqqətə görə Ali Baş Komandan İlham Əliyevə təşəkkür edib.

SHXÇDX rəisinin I müavini, general-mayor Zaur Abdullayev çıxış edərək gənclərin maarifləndirilməsi, vətənpərvər ruhda yetişdirilməsi baxımından bu cür tədbirlərin davamlı olaraq regionlarda keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Z.Abdullayev bildirib ki, bu gün müstəqilliyin qorunub saxlanılması, ölkədə hökm sürən sabitlik və dinamik inkişaf hər kəsi mütəşəkkil olmağa, daha sıx birləşməyə sövq edir.

General-mayor ordu quruculuğundan, silahlı qüvvələrin maddi-texniki bazasının gücləndirilməsindən danışaraq, tədbirin keçirilməsinin məqsədi haqda iştirakçılra məlumat verib: “Tədbirin keçirilməsində məqsəd gənclərin milli-mənəvi tərbiyəsi, vətənə məhəbbət ruhunda böyüməsini təmin etməkdir.Bu gün ata-babalarımızdan bizə miras qalan torpaqlarımızın müdafiəsində böyüyən nəslin böyük rolu var. Bugünün gənci sabahın əsgəridir. Bu tədbirləri ona görə təşkil edirik ki, gənclər silaha sarılıb vətən torpaqlarının müdafiəsinə mənəvi cəhətdən də hazır olsunlar”.

Daha sonra tədbirdə Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov cıxış ediblər.

Sonra general-mayor Zaur Abdullayev tədbirin təşkilatçılığında göstərdiyi dəstəyə görə Salyan və Neftçala rayon icra hakimiyyətlərinəSHXÇDX adından xatirə plaketi təqdim edib.Tədbirdə şəhid valideynləri, çağırışaqədərki hazırlıq rəhbərləri, eləcə də Çağırışaqədərki hazırlıq fənnində yüksək nailiyyət göstərən şagirdlər mükafatlandırılıblar.

Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı və Rəşad İsmayıl çıxış ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi