Yuxarı

Rusiyanın müdafiə naziri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Sergey Şoyqu SSRİ-nin və Azərbaycanın Xalq Artisti Müslüm Maqomayevin xatirəsini yad edib, məzarı üzərinə gül dəstələri düzüb

Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycanda səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

“Report”un xəbərinə görə, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra qonaq görkəmli müğənni, SSRİ-nin və Azərbaycanın Xalq Artisti Müslüm Maqomayevin xatirəsini yad edib, məzarı üzərinə gül dəstələri düzüb.

Daha sonra Rusiyanın müdafiə naziri Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi