“Rosoboroneksport”un baş direktoru : “Xəzəryanı dövlətlərə yalnız hərbi texnika deyil, müxtəlif infrastruktur layihələri təklif edirik”

“Rosoboroneksport”un baş direktoru : “Xəzəryanı dövlətlərə yalnız hərbi texnika deyil, müxtəlif infrastruktur layihələri təklif edirik” Bakı. 25 sentyabr. REPORT.AZ/ “Rusiya üçün vacib olan Xəzəryanı ölkələrlə hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirməkdir. Biz belə sərgilərdən çox əhəmiyyətli təcrübə qazanırıq”.
Hərbi
25 Sentyabr , 2018 09:37
“Rosoboroneksport”un baş direktoru : “Xəzəryanı dövlətlərə yalnız hərbi texnika deyil, müxtəlif infrastruktur layihələri təklif edirik”
0 : 00
0 : 00

Bakı. 25 sentyabr. REPORT.AZ/ “Rusiya üçün vacib olan Xəzəryanı ölkələrlə hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirməkdir. Biz belə sərgilərdən çox əhəmiyyətli təcrübə qazanırıq”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın “Rosoboroneksport” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Aleksandr Mixiyev ”ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi ilə bağlı bildirib.

“Biz Xəzəryanı dövlətlərə yalnız hərbi texnika deyil, mütəxəssislərin hazırlanması, təmir və xidmətlə bağlı müxtəlif infrastruktur layihələri təklif edirik”, - o vurğulayıb.

Qeyd edək ki, bu gün Bakıda “ADEX-2018” III Azərbaycan Beynəlxalq Müdafiə sərgisi açılıb. Sərgidə dünyanın 29 ölkəsindən 224 şirkət iştirak edir. Sərgi sentyabrın 27-dək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi