Yuxarı
    Bağlamaq

    Roqozin: "Rusiya Ermənistan və Azərbaycana bərabər şəkildə silah satır"

    Rusiya tərəflərdən birinə silah satışını dayandırarsa, bunu başqaları edəcək

    Bakı. 12 aprel. REPORT.AZ/ "Rusiya Ermənistan və Azərbaycana maraqlar tarazlığını gözləyərək silah satır".

    "Report" xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Dmitri Roqozin bazar ertəsi "Exo Moskvı" radiostansiyasının efirində deyib.

    Bununla yanaşı, o vurğulayıb ki, Rusiya tərəflərdən hər hansı birinə silah satışını dayandıran kimi, onun yerini dərhal ABŞ və ya başqa dövlətlər tutacaq.

    "Təsəvvür edək ki, biz bu ölkələrlə hərbi-texniki əməkdaşlığı məhdudlaşdırırıq - amerikalılar və NATO dərhal orada peyda olacaq. Siz düşünürsünüz ki, digərləri silah satışını dayandıracaq? Məsələ başqadır - biz silah tədarük edərkən dəqiq bilirik ki, müəyyən balans var və bu qabaqlayıcı amildir", - deyə D.Roqozin qeyd edib.

    Onun sözlərinə görə, digər ölkələr də bu regiona "zərbə-hücum xarakteri daşıyan silahlar" satacaqlar.

    "Ermənistan bizim KTMT üzrə müttəfiqimizdir və biz onunla hərbi-texniki əməkdaşlıq edirik. Azərbaycan bizim müttəfiqimiz deyil, lakin regionda strateji tərəfdaşımızdır, bizi onunla iqtisadiyyat üzrə çox şey bağlayır - Rusiyada böyük diasporu var. Və onlar Rusiya silahlarına görə pul ödəyirlər", - deyə D.Roqozin bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi