Yuxarı

Respublika Hərbi Prokurorluğu: "Cari ilin I rübündə qeydə alınmış mülkiyyət cinayətləri 8 faiz artıb"

Respublika Hərbi Prokurorluğu: "Cari ilin I rübündə qeydə alınmış mülkiyyət cinayətləri 8 faiz artıb"
Korrupsiya xarakterli cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz az olub
© Report — Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev

Bakı. 30 sentyabr. REPORT.AZ/ "2017-ci ilin I yarısında Respublika Hərbi Prokurorluğu tərəfindən qeydə alınmış korrupsiya xarakterli cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,7 faiz az olub".

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası baş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyevin "Xalq qəzeti"ndə prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə dərc olunan "Azərbaycan Prokurorluğu dövlətçiliyin və qanunçuluğun keşiyindədir" sərlövhəli məqaləsində qeyd olunur.

O bildirib ki, qeydə alınmış korrupsiya cinayətləri ilə bağlı 63 şəxs barəsində 51 cinayət işinin istintaqı tamamlanaraq, baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib:

"2016-cı ilin I yarısı ilə müqayisədə 2017-ci ilin müvafiq dövründə qeydə alınmış korrupsiya ilə əlaqədar dələduzluq cinayətlərinin sayı 34,2 faizi, rüşvət alma və rüşvətvermə cinayətlərinin sayı 25,6 faizi azalıb, qeydə alınmış mülkiyyət cinayətləri isə 8 faizi artıb. Qeyd edilməlidir ki, korrupsiya cinayətlərinə qarşı mübarizənin vəziyyəti mütəmadi olaraq Respublika Hərbi Prokurorluğunda ümumiləşdirilib kollegiya iclaslarında müzakirə edilməklə, diqqət mərkəzində saxlanılıb, bu sahədə işin daha səmərəli təşkili, hərbi hissə və birləşmələrdə həmin cinayətlərin vaxtında aşkarlanması sahəsində ərazi hərbi prokurorluqlarının fəaliyyətləri təhlil olunub, müvafiq hərbi idarəetmə orqanlarına təqdimatlar, informasiya və icmal məktubları göndərilməklə zəruri qabaqlayıcı tədbirlərin görülməsi tələb edilib".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi