Yuxarı
    Bağlamaq

    ​Respublika Günü münasibətilə hərbi qulluqçuların nizami yürüşü və orkestrlərin çıxışı olacaq

    Silahlı Qüvvələrin orkestrlərinin də çıxışları olacaq

    Bakı. 27 may. REPORT.AZ/ Mayın 28-də Respublika Günü münasibətilə Bakı Qarnizonu qoşunlarının iştirakı ilə saat 12.00-dan etibarən şəhərin müxtəlif istiqamətlərində 10 marşrut üzrə hərbi qulluqçuların nizami yürüşü keçiriləcək. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Həmin gün Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran, Horadiz və Qusar şəhərlərində yerləşən hərbi hissələrin şəxsi heyətinin də nizami keçidi təşkil ediləcək.

    Bundan başqa, Respublika Günü münasibətilə mayın 28-də saat 17:00-dan 19:00-dək Bakı şəhərinin müxtəlif yerlərində Silahlı Qüvvələrin orkestrlərinin çıxışları olacaq.

    Orkestrlər müəyyən olunmuş 6 nöqtədə çıxış edəcəklər. Bu sıraya Fəvvarələr meydanı, Dənizkənarı Milli Park (Azneft meydanının qarşısındakı Dövlət Bayrağının yanında), Dənizkənarı Milli Park (Azadlıq meydanı qarşısında), Əhmədli qəsəbəsində yerləşən Heydər Əliyev adına park, Zərifə Əliyeva adına park, Zabitlər parkı daxildir.

    Həmin gün Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Bərdə, Beyləqan, Lənkəran və Qusar şəhərlərində də Silahlı Qüvvələrin orkestrlərinin nümunəvi çıxışları olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi