Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin rəsmisi Azərbaycanda səfərdə olub

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin rəsmisi Azərbaycanda səfərdə olub Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) ilə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti arasında 2019-cu il üçün təsdiq edilən Tədbirlər Planına müvafiq olaraq nəzərdə tutulan əməkdaşlıq əlaqələri uğurla davam etdirilir.
Hərbi
21 İyun , 2019 13:26
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin rəsmisi Azərbaycanda səfərdə olub

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) ilə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti arasında 2019-cu il üçün təsdiq edilən Tədbirlər Planına müvafiq olaraq nəzərdə tutulan əməkdaşlıq əlaqələri uğurla davam etdirilir.

DSX Mətbuat Mərkəzindən "Report"a verilən məlumata görə, birgə əməkdaşlıq çərçivəsində Qaza­xıstan Milli Təhlükəsizlik Komitəsi Sərhəd Xidmətinin Regional Sahil Mühafizəsinin İdarə rəisi polkovnik Alibek Kayupovun rəhbərlik etdiyi nümayəndə heyəti “Sarbaz” sərhəd gözətçi gəmisi ilə Azərbaycana dostluq səfəri edib.

Səfər zamanı tərəflər arasında ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb, Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edil­məsi, birgə əməliyyat-profilaktik tədbirlərinin keçirilməsi, bioloji resursların qorunması, qanunsuz fəaliyyətlərə qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Səfər müddətində “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan və Qazaxıstan Sahil Mühafizələrinin əməkdaşları arasında futbol üzrə yoldaşlıq görüşü keçirilmiş, qarşılıqlı olaraq tərəflərin sərhəd gözətçi gəmilərinə ziyarət edilib.

Qonaqlar mədəni tədbirlər çərçivəsində Bakı şəhərinin mədəni-tarixi abidələri, “İçərişəhər”, “Qız Qalası”, “Atəşgah” və “ Qala” muzeyləri ilə tanış ediliblər.

Son xəbərlər

Orphus sistemi