Qazaxda 4 ədəd top mərmisi tapılıb

Qazaxda 4 ədəd top mərmisi tapılıb Qazax rayonunda 4 ədəd mərmi tapılıb.
Hərbi
12 Noyabr , 2019 16:18
Qazaxda 4 ədəd top mərmisi tapılıb

Qazax rayonunda 4 ədəd mərmi tapılıb. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə,  Dövlət Sərhəd Xidmətindən (DSX) Agentliyə Qazax rayonunun Cəfərli və Köhnə Qışlaq kəndləri ərazisində 3 ədəd mərmi aşkar edilib. 

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildirilib ki, xüsusi mobil çevik əməliyyat qrupu və DSX-nin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və DSX-nin əməkdaşları tərəfindən birlikdə Cəfərli kəndinin ərazisinə baxış zamanı 2 ədəd 45 mm-lik top mərmisi (BR-240) və 1 ədəd tərkibində partlayıcı maddə olmayan 125 mm-lik top mərmisi (OF-26), Köhnə Qışlaq kəndinin ərazisinə baxış zamanı isə 1 ədəd 30 mm-lik zenit top mərmisi (OFZ) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmilərinin ətrafında 350 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi