Qar uçqunu nəticəsində Azərbaycanın hərbi qulluqçusu həlak olub

Qar uçqunu nəticəsində Azərbaycanın hərbi qulluqçusu həlak olub Hazırda hərbi qulluqçunun nəşinin dərin yarğandan çıxarılaraq təxliyə edilməsi üzrə tədbirlər həyata keçirilir
Hərbi
10 Fevral , 2017 10:50
Qar uçqunu nəticəsində Azərbaycanın hərbi qulluqçusu həlak olub

Bakı. 10 fevral. REPORT.AZ/ Fevralın 9-u axşam saatlarında Murovdağ silsiləsində xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Rüstəmov Ülvi Əhməd oğlu baş vermiş qar uçqunu nəticəsində həlak olub.

Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, hazırda hərbi qulluqçunun nəşinin dərin yarğandan çıxarılaraq təxliyə edilməsi üzrə tədbirlər həyata keçirilir.
Müdafiə Nazirliyinin rəhbərliyi təbii fəlakət nəticəsində həlak olmuş əsgərimizin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Son xəbərlər

Orphus sistemi