Yuxarı

Prezident: "Biz indi ordumuzu ən müasir silahlarla təchiz edirik"

​Prezident: "Biz indi ordumuzu ən müasir silahlarla təchiz edirik"

Bakı. 28 yanvar. REPORT.AZ/ "Ölkəmizin hərbi potensialının möhkəmlənməsi üçün çox böyük vəsait tələb olunur. Biz indi ordumuzu ən müasir silahlarla təchiz edirik. Nəyə görə? Çünki biz müharibə şəraitindəyik. Ona görə ki, bizim torpaqlarımız işğal altındadır. Bu məqsədlər üçün də böyük vəsait ayrılır".

Dövlət başçısı Azərbaycan Ordusunun bu gün dünya miqyasında ən güclü ordular sırasında olduğunu bildirib:

"Ötən il Bakıda iki hərbi parad keçirilmişdir. Bu paradlar bizim çox güclü hərbi potensialımızı göstərdi. Bu gün Azərbaycan Ordusu dünya miqyasında ən güclü ordular sırasındadır. Biz ölkə qarşısında duran problemləri hərtərəfli həll etməyə çalışırıq. Sosial məsələlərin həlli prioritetdir. Ancaq bu məsələlərin həllinə nail olmaq üçün güclü iqtisadiyyat olmalıdır. Ona görə iqtisadi inkişaf bundan sonra da elə olmalıdır ki, sosial layihələri icra etməyə imkan versin".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi