Yuxarı
    Bağlamaq

    PAP və FTƏP üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib

    Tədbirdə müdafiə sahəsində aparılan islahatlar, NATO və tərəfdaş ölkələrlə əməkdaşlıq və s. müzakirə olunub© Müdafiə Nazirliyi

    Bakı. 13 mart. REPORT.AZ/ Martın 13-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasının NATO ilə “Planlaşdırma və Analiz Prosesi” (PAP) və “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı” (FTƏP) sənədlərinin Müdafiə Nazirliyinə aid hissəsinin həyata keçirilməsi üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib.

    Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, tədbirdə müdafiə sahəsində aparılan islahatlar, NATO və tərəfdaş ölkələrlə əməkdaşlıq, PAP və FTƏP proqramları üzrə məqsədlərin və öhdəliklərin yerinə yetirilməsi məsələləri müzakirə olunub.

    Görüş iştirakçıları NATO ilə Azərbaycan arasında hərbi təhsil və təlim sahəsində birgə fəaliyyət planını, Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində aparılan fəaliyyətlər və Azərbaycan sülhməramlılarının Əfqanıstandakı “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfə və digər mələləri də nəzərdən keçiriblər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi