Yuxarı

Pakistan teplovizor istehsalı üzrə texnologiyanı Azərbaycana təklif edib

Pakistan teplovizor istehsalı üzrə texnologiyanı Azərbaycana təklif edib
Shibili şirkətinin rəhbəri: Azərbaycan teplovizorların alınmasında maraqlıdır

Əbu Dabi. 21 fevral. REPORT.AZ/ "Azərbaycan Pakistanın "Shibili" şirkətinin istehsalı olan teplovizorların alınmasında maraqlıdır".

Bunu "Report"un IDEX-2017 müdafiə sərgisinə ezam olunmuş müxbirinə açıqlamasında şirkətin rəhbəri Səid Məhəmməd Şibli deyib.

Onun sözlərinə görə, şirkət keçən həftə Müdafiə Sənayesi Nazirliyi tərəfindən sınaqlar və testlər aparılması üçün məhsulunun nümunələrini və ekspertləri Azərbaycana göndərib.

"Pakistanda keçirilmiş IDEAS müdafiə sərgisi zamanı Azərbaycanın müdafiə sənayesi naziri bu məhsula maraq göstərib. Onun pakistanlı həmkarı Rana Tanvir Hüseyn isə bizə Azərbaycanla yaxından əməkdaşlıq etməyi tapşırıb. Biz Azərbaycanı özümüz üçün doğma ölkə hesab edirik və istənilən məhuslu göndərməyə hazırıq. Biz teplovizor istehsalı üzrə texnologiyanı Azərbaycana ötürməkdə maraqlıyıq. Çünki ölkənin öz brendi altında teplovizor istehsal etməsini və onu üçüncü tərəfə ixrac etməsini istəyirik", - deyə S.M.Şibli bildirib.

Qeyd edək ki, Azərbaycan əsasən "Tarsier" və "Skua" teplovizorlarına maraq göstərir. Onlar digər analoji məhsullardan idarəetmənin asanlığı, istənilən snayper tüfəngi və ya pulemyotuna quraşdırılması, seriyalı istehsalı, eləcə də münasib qiyməti ilə fərqlənir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi