Özbəkistanın müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlib

Özbəkistanın müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlib Abdusalom Azizov iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərini müzakirə edəcək
Hərbi
16 Noyabr , 2017 09:28
Özbəkistanın müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlib
Özbəkistanın müdafiə naziri general-mayor Abdusalom Azizov / Reuters

Bakı. 16 noyabr. REPORT.AZ/ Özbəkistanın müdafiə naziri general-mayor Abdusalom Azizovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində Özbəkistanın müdafiə nazirinin Azərbaycanın Müdafiə Nazirliyində hərbi, hərbi-texniki əməkdaşlıq, hərbi təhsil və bir sıra digər istiqamətlərdə əməkdaşlıq məsələlərini müzakirə etmək üçün görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi