Bakı. 1 fevral. REPORT.AZ/ Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu ilin yanvar ayı ərzində Ağdam, Ağcabədi, Ağstafa, Cəbrayıl, Füzuli, Goranboy, Göygöl, Qaradağ, Qazax, Salyan, Şəmkir, Tovuz, Tərtər, Xızı rayonları və Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Şəki şəhərləri ərazisində 486,894 m² (48.69 ha) ərazini yoxlayıb.
Bu barədə "Report"a ANAMA-dan məlumat verilib.
Ötən ay 158 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd piyada əleyhinə və 3 ədəd tank əleyhinə mina (cəmi 162 ədəd) aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 477 nəfər əməliyyat heyəti, 136 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib.
İndiyədək cəmi 532,656,082 m² (53,265.61 ha) ərazi təmizlənib, 801,317 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.
Bildirilib ki, yanvar ayı ərzində
2019-cu ilin yanvar ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.