Yuxarı

Ötən ay Azərbaycanda 249 ədəd partlamamış hərbi sursat aşkarlanıb, 1 nəfər minaya düşüb

Ötən ay Azərbaycanda 249 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Ötən ay Azərbaycanda 249 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

Bu barədə "Report"a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) məlumat verilib.

İyul ayı ərzində Agentlik tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Cəbrayıl, Qazax, Quba, Samux, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərləri ərazisində 1 066 491 m² (106,65 ha) ərazi yoxlanılıb, 249 ədəd partlamamış hərbi sursat (PHS), 6 ədəd tank əleyhinə mina (cəmi: 255 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 467 nəfər əməliyyat heyəti, 124 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 536 038 420 m² (53 603,84 ha) ərazi təmizlənmiş, 803 953 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

İyul ayı ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 3 (üç), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 12 (on iki), Dövlət Sərhəd Xidmətindən (DSX) - 2 (iki) və Rayon Polis Şöbəsindən (RPŞ) - 1 (bir) müraciət daxil olub (cəmi: 18 çağırış).

Müraciətlər əsasında Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin və BP Azərbaycan şirkətinin əməkdaşları ilə birlikdə 14 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Ağcabədi, Ağstafa, Quba, Samux, Tərtər, Tovuz rayonları, Bakı, Sumqayıt və Lənkəran şəhərləri ərazisində 2 655 kv.m ərazi yoxlanılmış, 44 ədəd partlamamış hərbi sursat (PHS) və 6 ədəd tank əleyhinə mina (cəmi: 50 ədəd) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

İyul ayı ərzində 1 (bir) mina hadisəsi qeydə alınıb və Füzuli rayon sakini yüngül xəsarət alıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi