Ombudsman Aparatının əməkdaşı hərbi hospitalda yoxlama aparıb

Ombudsman Aparatının əməkdaşı hərbi hospitalda yoxlama aparıb Bakı. 15 fevral. REPORT.AZ/ Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və Müdafiə Nazirliyinin nümayəndələri plana uyğun olaraq, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.
Hərbi
15 Fevral , 2018 12:56
Ombudsman Aparatının əməkdaşı hərbi hospitalda yoxlama aparıb
Mod.gov.az

Bakı. 15 fevral. REPORT.AZ/ Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və Müdafiə Nazirliyinin nümayəndələri plana uyğun olaraq, Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müasir standartlara cavab verən tibbi avadanlıqla təchiz olunan şöbə və bölmələrdəki vəziyyətlə tanış olan nümayəndələr personalın gündəlik iş fəaliyyəti ilə də bağlı məlumatlandırılıb. Tibbi heyətlə ümumi söhbətindən və gördüklərindən məmnunluğunu ifadə edən F.Həsənov buradakı vəziyyətdən də tam razı qaldığını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi