Novruz bayramı münasibətilə hərbi hissələrdə “Açıq qapı” günü keçirilib

Novruz bayramı münasibətilə hərbi hissələrdə “Açıq qapı” günü keçirilib Valideynlərlə görüşlər təşkil olunub, onları maraqlandıran məsələlərin müzakirəsi aparılıb
Hərbi
20 Mart , 2017 20:37
Novruz bayramı münasibətilə hərbi hissələrdə “Açıq qapı” günü keçirilib

Bakı. 20 mart. REPORT.AZ/ Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə “Açıq qapı” günü keçirilib.

“Report” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təşkil olunan tədbirdə ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olublar.

Rəhbər heyətin iştirakı ilə bütün hərbi hissələrdə keçirilən “Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunub, onları maraqlandıran məsələlərin müzakirəsi aparılıb, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçirilib.

Son xəbərlər

Orphus sistemi