Naxçıvanda zenit-raket komplekslərindən atışlar icra olunub

Naxçıvanda zenit-raket komplekslərindən atışlar icra olunub Atış zamanı qarşıya qoyulan əsas məqsədə nail olunaraq hədəflər məhv edilib
Hərbi
4 Aprel , 2015 13:12
Naxçıvanda zenit-raket komplekslərindən atışlar icra olunub

Bakı. 4 aprel. REPORT.AZ/ Əlahiddə Ümumqoşun Ordusunun hissə və bölmələri tərəfindən Naxçıvan Muxtar Respublikasının hava məkanının etibarlı qorunması işinin daim təkmilləşdirilməsi məqsədilə uğurlu tədbirlər həyata keçirilir. "Report" Müdafiə Nazirliyinin (MN ) mətbuat xidmətinə istinadən xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordusunun Hava Hücumundan Müdafiə hissə və bölmələrinin döyüş atışlı taktiki təlimlərinin keçirilməsinə hazırlıq məqsədilə təlim mərkəzində OSA 1T zenit-raket komplekslərindən real sınaq atışları icra olunub.

Atışlarda Naxçıvan Muxtar Respublikasının coğrafi relyefinə uyğun yüksəklikdə, çətin dağlıq şəraitdə aşağı hündürlükdə uçan hədəflərin aşkar olunaraq məhv edilməsi tapşırıqları yerinə yetirilib.
Atış zamanı qarşıya qoyulan əsas məqsədə nail olunaraq hədəflər məhv edilib.

Son xəbərlər

Orphus sistemi