Yuxarı

Naxçıvanda ordunun silahlanmasına müasir BTR-82A zirehli transportyorları daxil edilib

Naxçıvanda ordunun silahlanmasına müasir BTR-82A zirehli transportyorları daxil edilib
Döyüş moduluna əsas silah kimi 30 mm 2A72 avtomat top və ikinci silah kimi 7.62 mm PKTM pulemyotu daxildir

Bakı. 16 fevral. REPORT.AZ/ Müasir BTR-82A zirehli transportyorları Naxçıvan Muxtar Respublikasının Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına daxil edilib.

“Report” xəbər verir ki, güclü silahı, zirehli müdafiəsi və yüksək manevr qabiliyyəti olan BTR-82A zirehli transportyoru döyüş meydanında piyadaların hərəkət imkanlarını və mobilliyini artırmaq, döyüş fəaliyyətlərini atəşlə təmin etmək, düşmənin müxtəlif silah sistemlərinə qarşı effektiv mübarizə aparmaq, canlı qüvvəsini və hava hədəflərini məhv etmək, ekipajın atıcı silahlardan, mina və mərmi qəlpələrindən, kütləvi qırğın silahlarından qorunması məqsədilə təyin olunub.

Rusiyanın “Hərbi Sənaye Kompleksi” müəssisəsi tərəfindən istehsal olunan BTR-82A zirehli transportyoru öz sələflərini döyüş və texniki xüsusiyyətlərinə görə praktik olaraq iki dəfədən çox üstələyir. Əvvəlki nəsil zirehli transportyorlardan fərqli olaraq BTR-82A daha güclü mühərriklə təmin olunub, zirehi gücləndirilib, kondisioner, beşinci nəsil müasir rabitə vasitələri ilə təchiz edilib. Zirehli transportyorun məsafədən idarə olunan döyüş moduluna əsas silah kimi 30 millimetrlik 2A72 avtomat top və ikinci silah kimi 7.62 millimetrlik PKTM pulemyotu daxildir. Maşının heyəti 3, desant tutumu 7 nəfər, döyüş ağırlığı 16 tondur. Zirehli transportyor 300 at gücünə malik mühərriklə təchiz edilib. Böyük atəş imkanları və dağlıq şəraitdə yüksək keçid qabiliyyətinə malik zirehli transportyorların döyüşə hazır vəziyyətə gətirilməsi məqsədilə gecə və gündüzşəraitində keçirilən məşqlərdə bütün tapşırıqlar uğurla icra olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi