Yuxarı

NATO-nun Baş katibi Azərbaycanın da iştirak etdiyi təlimləri izləyib

NATO-nun Baş katibi Azərbaycanın da iştirak etdiyi təlimləri izləyib

NATO-nun Baş katibi Yens Stoltenberq Gürcüstana rəsmi səfəri çərçivəsində “NATO-Gürcüstan 2019” təlimləri ilə tanış olub.

“Report”un yerli bürosu xəbər verir ki, baş katib Gürcüstanın Baş naziri Mamuka Baxtadzeilə birgə təlimlərin keçirildiyi NATO - Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinə (JTEC) baş çəkib.

Y.Stoltenberq təlimlərin idarə olunması mərkəzində olub. Ona “NATO-Gürcüstan 2019” təlimlərinin əsas məqsədləri və iştirakçı ölkələr barədə məlumat təqdim olunub.

NATO-nun baş katibi həmçinin hərbi əməliyyatlar zamanı yaralanmış gürcü hərbçilərlə də görüşüb.

Qeyd edək ki, “NATO-Gürcüstan 2019” çoxmillətli komanda-qərargah hərbi təlimlərinə mart ayının 18-də start verilib. Martın 29-na qədər davam edəcək təlimlərdə 24 ölkə - Albaniya, Belçika, Bolqarıstan, Çexiya, Almaniya, Danimarka, Estoniya, Fransa, Yunanıstan, Böyük Britaniya, Macarıstan, Latviya, Litva, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Türkiyə, ABŞ, Azərbaycan, Gürcüstan və İsveçdən olan, ümumilikdə, 350-yə yaxın hərbçi iştirak edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi