Yuxarı

Baş katib: "Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təşviqində NATO ilə birgə işləyir"

NATO Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təşviqində

"Azərbaycan NATO-nun yaxın tərəfdaşıdır, beynəlxalq sülh və təhlükəsizliyin təşviqində bizimlə birgə işləyir".

"Report" xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq iclas çərçivəsində jurnalistin "Cənab baş katib, mən sualı tərəfdaşlıq məsələsinə yönəltmək istərdim. NATO-Azərbaycan tərəfdaşlığı və Azərbaycanın NATO-nun sülhməramlı missiyaları və fəaliyyətinə verdiyi töhfə barədə bilmək istərdim" sualına cavabında deyib. 

Y.Stoltenberq Bakı-Tbilisi-Qars dəmir yolunun NATO üzv dövlətləri tərəfindən Əfqanıstana və geriyə daşımalar zamanı istifadə olunduğu, bu dəmir yolunun Alyansın “Qətiyyətli Dəstək” missiyasının uğuruna mühüm töhfə verdiyini bildirib.

"Azərbaycan sülhməramlı qoşunlar göndərməklə və NATO müttəfiqlərini qurudan, havadan və dəmiryolu vasitəsilə, məsələn, Bakı -Tbilisi-Qars dəmiryolu xətti vasitəsilə tranzit marşrutları ilə təmin etməklə NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasına əhəmiyyətli töhfə verir. Bütün bunlar NATO missiyasını uğurlu edən vacib töhfələrdir. Və Qafqaz regionundakılar da daxil olmaqla, bizim bütün tərəfdaşlarımız missiyamıza qiymətli töhvə verirlər"-deyə, baş katib vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi