Yuxarı

Müdafiə Sənayesi Nazirliyinin kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib - FOTO

Nazirliyin kollektivi ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub

Bakı. 17 dekabr. REPORT.AZ/ Müdafiə Sənayesi Nazirliyinin kollektivi qurumun yaradılmasının on illik yubileyi münasibətilə dekabrın 17-də Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

"Report" xəbər verir ki, nazirliyin kollektivi görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edib, məzarı üzərinə gül dəstələri düzüblər.

Sonra Müdafiə Sənayesi Nazirliyinin kollektivi Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi