Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib

Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib Daha sonra kursantlar sıra meydanında Vətənə sədaqət andı içiblər
Hərbi
14 Sentyabr , 2017 17:32
Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib
Mod.gov.az

Bakı. 14 sentyabr. REPORT.AZ/ Tədris ilinin başlanması münasibətilə Silahlı Qüvvələr üçün hərbi kadrların hazırlanmasını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisələrinə yeni qəbul olan kursantların andiçmə mərasimləri keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin şəxsi heyətinin, valideynlər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni ifa olunub.

Daha sonra kursantlar sıra meydanında Vətənə sədaqət andı içiblər.

Təntənəli mərasimlərdə çıxış edənlər gənc kursantlara Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.

Son xəbərlər

Orphus sistemi