Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə
Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, əvvəlcə ümummilli lider
Tədbiri giriş sözü ilə açan Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi, general-mayor Rasim Əliyev qeyd edib ki, dövlətimiz tərəfindən müstəqilliyimiz, suverenliyimiz və ərazi bütövlüyümüzün təmin edilməsi, qorunub saxlanması üçün ölkənin hərbi qüdrətinin artırılması, hərbi-sənaye kompleksinin inkişaf etdirilməsi, ordunun döyüş qabiliyyətinin gücləndirilməsi və mənəvi-psixoloji vəziyyətinin daha da yüksəldilməsi istiqamətində böyük işlər görülüb.
“Bu gün Azərbaycanda ölkənin müdafiə potensialının gücləndirilməsi, ölkəmizdə hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ilə yanaşı, ordu sıralarında xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət problemlərinin həll olunması, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi də daim diqqət mərkəzində saxlanılır. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə canını qurban verən vətəndaşlarımızın ailə üzvlərinin yaşayış səviyyəsinin yaxşılaşdırılması daim dövlətin nəzarəti altındadır”, - general-mayor R.Əliyev bildirib.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev qeyd edib ki, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir: “Azərbaycan Respublikasının Prezidenti cənab
Tədbir iştirakçılarına Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə mükafatlar təqdim edildikdən sonra xatirə şəkli çəkdirilib.
Sonra şəhid ailələrinin nümayəndələri çıxış edərək onlara daim qayğı ilə yanaşan ölkə başçısına minnətdarlıqlarını bildirib, bir sıra məsələlərin həlli ilə bağlı arzu və təkliflərini səsləndiriblər.