Müdafiə Nazirliyinin rəhbərliyi Milli Qəhrəman Murad Mirzəyevin il mərasimində iştirak edib

Müdafiə Nazirliyinin rəhbərliyi Milli Qəhrəman Murad Mirzəyevin il mərasimində iştirak edib Şəhid zabitin yaşadığı binanın qarşısında xatirə lövhəsinin təntənəli açılışı olub, ruhuna dualar oxunaraq ehsan verilib
Hərbi
11 Aprel , 2017 20:20
Müdafiə Nazirliyinin rəhbərliyi Milli Qəhrəman Murad Mirzəyevin il mərasimində iştirak edib

Bakı. 11 aprel. REPORT.AZ/ Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adına layiq görülmüş Murad Telman oğlu Mirzəyevin Bakının Yasamal rayonunda il mərasimi keçirilib.

"Report" Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, qəhrəmanın məzarı ziyarət edilərək qarşısına Müdafiə Nazirliyi, Yasamal rayon icra hakimiyyəti və xidmət etdiyi hərbi hissənin şəxsi heyəti adından əklillər qoyulub, xatirəsi ehtiramla yad edilib.

Şəhid zabitin yaşadığı binanın qarşısında xatirə lövhəsinin təntənəli açılışı olub, ruhuna dualar oxunaraq ehsan verilib.

Milli Qəhrəmanın anım mərasimində Müdafiə Nazirliyinin, Yasamal və Sabirabad rayon icra hakimiyyətlərinin rəhbərliyi, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin atası Telman Mirzəyev oğlunun şəhidliyindən ötən bir il ərzində qəhrəmanın ailəsinin ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edərək, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Son xəbərlər

Orphus sistemi