Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib Bakı. 25 iyun. REPORT.AZ/ Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Silahlı Qüvvələrin 100 illiyi münasibətilə iyunun 25-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
Hərbi
25 İyun , 2018 12:10
Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət edib
mod.gov.az
0 : 00
0 : 00

Bakı. 25 iyun. REPORT.AZ/ Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Silahlı Qüvvələrin 100 illiyi münasibətilə iyunun 25-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə və Zərifə xanım Əliyevanın məzarına əklil və gül dəstələri qoyulub, xatirələri hörmət və ehtiramla yad edilib.

Sonra Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib. Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki Əbədi məşəlin önünə və şəhid məzarlarına əklil və gül dəstələri qoyulub.

Son xəbərlər

Orphus sistemi