Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib Müdafiə Nazirliyinin şəxsi heyəti Əbədi məşəlin önünə və şəhid məzarlarına da əklil və gül dəstələri qoyublar
Hərbi
26 İyun , 2017 13:02
Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Bakı. 26 iyun. REPORT.AZ/ Bu gün Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Silahlı Qüvvələr Günü münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə və Zərifə xanım Əliyevanın məzarına əklil və gül dəstələri qoyulub, xatirələri hörmət və ehtiramla yad edilib.
Sonra Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib. Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki Əbədi məşəlin önünə və şəhid məzarlarına da əklil və gül dəstələri qoyublar.

Son xəbərlər

Orphus sistemi