Yuxarı

Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada beynəlxalq konfransda iştirak edəcək

Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada beynəlxalq konfransda iştirak edəcək

Azərbaycan Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 23-dən 25-dək Moskva şəhərində keçiriləcək VIII Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq konfransda qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Plenar iclaslarda təhlükəsizliyin regional aspektləri, dövlətlərin təhlükəsizliyinə təhdidlərə qarşı cavab tədbirləri üzrə hərbi qurumların fəaliyyətlərinin regional xüsusiyyətləri və bir sıra digər məsələlər müzakirə ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi