Yuxarı

Müdafiə Nazirliyi "Qüdrətli dövlətin güclü ordusu" adlı film hazırlayıb

Film Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümünə həsr edilib

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi "Qüdrətli dövlətin güclü ordusu" adlı film hazırlayıb. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən bildirilib.

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümünə həsr edilən film ingilis dilinə də tərcümə olunub. Film həm Azərbaycan, həm də ingilis dilində hazırlanıb. 

Nazirliyin Sənədli və Tədris Filmləri Kinostudiyasında çəkilən filmdə qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycanın keçdiyi yola nəzər salınıb. Müstəqillik illərindən bu günə kimi qazanılan uğurlardan bəhs edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi