Müdafiə Nazirliyi hazırda ehtiyatda və istefada olan hərbi qulluqçulara mənzil paylayacaq

Müdafiə Nazirliyi hazırda ehtiyatda və istefada olan hərbi qulluqçulara mənzil paylayacaq Keçmiş hərbçilər Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə müraciət edə bilərlər
Hərbi
1 Oktyabr , 2015 17:38
Müdafiə Nazirliyi hazırda ehtiyatda və istefada olan hərbi qulluqçulara mənzil paylayacaq

Bakı. 1 oktyabr. REPORT.AZ/ Müdafiə Nazirliyi hazırda ehtiyatda və istefada olan hərbi qulluqçulara ev verəcək. 

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. 

Nazirliyin məlumatına görə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin” 28 dekabr 2011-ci il tarixli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 1992-ci ildən həqiqi hərbi xidmətə başlayan, 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, Maliyyə Nazirliyinin müvafiq mənzil komissiyasına təqdim edilən siyahıda qeydiyyatdan keçən, Gəncə şəhərində daimi mənzillə təmin olunmaq istəyən hazırda ehtiyatda və istefada olan hərbi qulluqçular 6 oktyabr 2015-ci il tarixədək Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə müraciət edə bilərlər.

Əlaqə telefonu: (055) 675-26-56

Son xəbərlər

Orphus sistemi