Yuxarı
    Bağlamaq

    Müdafiə Nazirliyi dövlət ehtiyacları üçün torpaq sahəsi alacaq - QƏRAR

    Nazirlər Kabineti qərarda dəyişiklik edib

    Bakı. 13 fevral. REPORT.AZ/ Müdafiə Nazirliyi dövlət ehtiyacları üçün torpaq sahəsi alacaq.

    "Report"un xəbərinə görə, bununla bağlı Nazirlər Kabineti "Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə" qərarında dəyişiklik edib.

    Dəyişikliklə Beyləqan rayonunun Milabad qəsəbəsində "Mil-Qarabağ" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Mil" üzüm emalı zavodunun istifadəsinə verilmiş dövlət mülkiyyətində olan 9,71775 hektar torpaq sahəsindən istifadə hüququnu və həmin torpaq üzərində 12422,9 kvadratmetr ərazidə yerləşən bina və qurğuları dövlət ehtiyacları üçün alan orqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi müəyyən edilib.

    Müdafiə Nazirliyi torpaq sahəsinin, üzərindəki bina və qurğuların dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini qanunun tələblərinə uyğun olaraq həyata keçirməli və Nazirlər Kabinetinə müvafiq təkliflərini təqdim etməlidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi