Yuxarı

Müdafiə Nazirliyi: Daxil olan heç bir müraciət diqqətdən kənarda və cavabsız qalmır

Müdafiə Nazirliyi: Daxil olan heç bir müraciət diqqətdən kənarda və cavabsız qalmır
Ötən il Nazirliyə 50 minədək müraciət daxil olub

Bakı. 10 yanvar. REPORT.AZ/ “2017-ci il ərzində Müdafiə Nazirliyinə daxil olmuş müraciətlərə baxılması, hərbi qulluqçuların, onların ailə üzvlərinin və vətəndaşların qəbulu işi Azərbaycan Respublikasının Konstitusiyasına, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunlarına və Müdafiə nazirinin müvafiq əmrlərinə əsasən həyata keçirilib. Azərbaycan Respublikasının ali dövlət hakimiyyəti və idarəetmə orqanlarından, nazirliklərdən, ictimai təşkilatlardan və vətəndaşlardan Müdafiə Nazirliyinə daxil olmuş 50 minədək müraciət qanunvericiliklə müəyyən olunmuş qaydada aidiyyəti üzrə Nazirliyin baş idarə, idarə və xidmətlərində baxılaraq həll edilib, bəzi müraciətlər icraya nəzarət çərçivəsində nəzarətə götürülüb”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, müraciətlərdə göstərilən məsələlərin mahiyyəti diqqətlə öyrənilib, onların yaranma səbəbləri təhlil edilib, müvafiq tədbirlər həyata keçirilib, həmçinin hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə aidiyyəti dövlət orqanları və müvafiq qurumlarla əlaqələr yaradılıb: “Vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və elektron xidmətin təşkili məqsədilə Müdafiə Nazirliyinin “mod.gov.az” rəsmi internet səhifəsinin “Müraciətlər” bölməsində Nazirliyin rəhbər şəxslərinin qəbul günləri, vaxtı, yeri və əlaqə telefonları, eləcə də “pressmd@mod.gov.аz” elektron poçt ünvanı göstərilib.

Vətəndaşlar “Müraciətlər” bölməsinə daxil olaraq onları maraqlandıran 5 minədək sual, təklif, sorğu və şikayəti internet vasitəsi ilə Müdafiə Nazirliyinə ünvanlayıb. Müraciət­lə­rin qəbul olunması barədə vətəndaşlara dərhal məlumat verilib, onların mahiyyəti üzrə araşdırılması və cavablandırılması təmin edilib. Bundan əlavə, Nazirliyin 912 nömrəli “Qaynar xətt”inə daxil olan müraciətlər araşdırılaraq bir qismi operativ olaraq həll edilib, digərləri isə müvafiq qaydada icra olunub.

2017-ci il ərzində Həzi Aslanov adına Mərkəzi Zabitlər Evində, eləcə də hərbi hissə və xüsusi təyi­natlı təhsil müəssisələrində təyin olunmuş günlərdə və saatlarda 2 min nəfərdən artıq vətəndaşın qəbulu keçirilib. Qəbul zamanı daxil olmuş müraciətlər araşdırılıb və müvafiq tədbirlər görülüb.

Bildirək ki, 2018-ci ildə də hərbi qulluqçuların, onların ailə üzvlərinin və vətəndaşların qəbulu və mü­raciətlərinə baxılması işinin təkmilləşdirilməsi, həmçinin daxil olmuş müraciətlərin icrasına nəzarətin daha da gücləndirilməsi məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən müvafiq göstəriş verilib”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi