Yuxarı

Müdafiə Nazirliyi: Azərbaycanın iki çavuşunun Ermənistan tərəfə keçməsi ehtimal olunur

Hazırda hadisə ilə bağlı axtarış və araşdırma tədbirləri həyata keçirilir

Bakı. 23 iyun. REPORT.AZ/ İyunun 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində qoşunların təmas xəttində, mövqe istiqamətində hərəkət edən müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun dağ-meşə şəraitində yolu azmaları və qarşı tərəfdə olduqları ehtimal edilir. 

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Hazırda hadisə ilə bağlı axtarış və araşdırma tədbirləri həyata keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi