Yuxarı

Zakir Həsənov "İDEF - 2015" Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcək

Sərginin keçirildiyi günlərdə bir sıra ikitərəfli görüşlər planlaşdırılıb

Bakı. 2 May. REPORT.AZ/ Mayın 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti İstanbul şəhərində keçiriləcək "İDEF - 2015" Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcəkdir.

"Report"un Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müxtəlif ölkələrin və müdafiə sənayesi şirkətlərinin silah-texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olacaqdır.

Sərginin keçirildiyi günlərdə bir sıra ikitərəfli görüşlər, o cümlədən Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Hülusi Akar ilə görüş planlaşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi