Yuxarı

Azərbaycanın müdafiə naziri Hərbi Hava Qüvvələrinin döyüş hazırlığını yoxlayıb

Zakir Həsənov şəxsi heyətin təlim-döyüş vərdişlərini yüksək qiymətləndirib

Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının vəziyyətini yoxlayıb. "Report" xəbər verir ki, bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.

Yeni tədris ilinin ikinci yarısının başlanması ilə əlaqədar keçirilən yoxlamalar zamanı qoşunların yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi, döyüş növbəsinin gücləndirilməsi, mühüm dövlət və hərbi obyektlərin, eyni zamanda qoşun qruplaşmalarının hücumda və müdafiədə mühafizəsi məqsədilə hava hücumundan müdafiə qoşunlarının fəaliyyəti və digər məsələlər məşq etdirilib.

Hərbi Hava Qüvvələrinin döyüş texnikasına, vasitə və qurğularına baxış keçirən müdafiə naziri şəxsi heyətin təlim-döyüş vərdişlərini yüksək qiymətləndirərək qoşun komandanlıqları qarşısında müvafiq tapşırıqlar qoyub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi