Yuxarı

Moldova Azərbaycanla hərbi əməkdaşlıq haqqında sazişi ratifikasiya edib

Moldova Azərbaycanla hərbi əməkdaşlıq haqqında sazişi ratifikasiya edib
Saziş 5 il müddətinə imzalanıb

Kişinyov. 10 fevral. REPORT.AZ/ Moldova və Azərbaycan hərbi sahədə əməkdaşlığı genişləndirir.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Moldova parlamenti iki ölkə arasında ötən ilin aprel və iyun aylarında Kişinyov və Bakıda imzalanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişləri ratifikasiya edib.

Sazişdə Moldova və Azərbaycan arasında hərbi-texniki fəaliyyət, müdafiə siyasəti, NATO proqramları çərçivəsində birgə təlimlərin keçirilməsi, hərbi planlaşdırma, sülhməramlı əməliyyatların təşkili ilə bağlı məsləhətləşmələr, humanitar yardımın göstərilməsi, hərbi sahədə sosial və mədəni tədbirlərin, eləcə də idman yarışlarının keçirilməsi və digər məsələlər öz əksini tapıb.

İki ölkə arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş 5 il müddətinə imzalanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi