​MN: "Düşmən hər dəfə Azərbaycan tərəfini günahkar çıxarmağa cəhd göstərir"

​MN: "Düşmən hər dəfə Azərbaycan tərəfini günahkar çıxarmağa cəhd göstərir" "Ermənistan KİV-lərinin cəbhədə təxribat və itki barədə yaydığı məlumat yalan və uydurmadır"
Hərbi
3 Aprel , 2015 18:22
​MN: Düşmən hər dəfə Azərbaycan tərəfini günahkar çıxarmağa cəhd göstərir

Bakı. 3 aprel. REPORT.AZ/ "Ermənistanın elektron kütləvi informasiya vasitələrinin Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə guya təxribat törətməsi və bunun nəticəsində itki verməsi barədə yaydığı növbəti məlumat yalan və uydurmadır". "Report"un məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı açıqlamada qeyd olunub.

Açıqlamada bildirilir ki, erməni silahlı qruplaşmaları arasındakı ziddiyyətlər, Ermənistandan çağırılan hərbi qulluqçularla Dağlıq Qarabağın yerli erməniləri arasındakı daxili çəkişmələr nəticəsində bir-birini gülləbaran etməsindən sonra düşmən hər dəfə Azərbaycan tərəfini günahkar çıxarmağa cəhd göstərir: "Heç şübhəsiz ötən gecə cəbhədə baş verən hadisə də məhz bu qəbildəndir".

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır.

Son xəbərlər

Orphus sistemi