Milli Qurtuluş günü münasibətilə Silahlı Qüvvələrdə tədbirlər keçirilib

Milli Qurtuluş günü münasibətilə Silahlı Qüvvələrdə tədbirlər keçirilib Tədbirlər müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən keçirilib
Hərbi
15 İyun , 2017 16:12
Milli Qurtuluş günü münasibətilə Silahlı Qüvvələrdə tədbirlər keçirilib

Bakı. 15 iyun. REPORT.AZ/ "15 iyun - Milli Qurtuluş günü" münasibətilə Silahlı Qüvvələrdə tədbirlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirlər müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən təşkil olunub.

Birlik, birləşmə, hərbi hissə, Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində "15 iyun - Milli Qurtuluş günü" münasibətilə silsilə tədbirlər keçirilib.

Son xəbərlər

Orphus sistemi